Rusiya ABŞ-ı “təhlükəsizlik risklərinin mənbəyi” adlandırırbackend

Rusiya ABŞ-ı “təhlükəsizlik risklərinin mənbəyi” adlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında ABŞ “təhlükəsizlik risklərinin mənbəyi” kimi göstərilib.

NOCOMMENT.az Kremlin bəyanatına görə, Rusiya prezidenti Vladimir Putin ölkəsinin yenilənmiş Xarici Siyasət Konsepsiyasını təsdiqləyib.

Rusiyanın digər ölkələrlə əlaqələr qurması üçün atacağı addımların açıqlandığı konsepsiyada Çin, Hindistan və digər “dost” ölkələrlə tərəfdaşlıq və strateji əlaqələrin inkişaf etdirilməsinin hədəfləndiyi ifadə edilib.

Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir və digər İƏT ölkələri ilə hərtərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyi vurğulanaraq, Rusiyanın Afrika ölkələrinin müstəqil olmaq cəhdlərini dəstəklədiyi qeyd edilib.

Konsepsiyada Avropa ölkələrinin Rusiyaya qarşı “aqressiv” siyasət yürütdüyü və buna ABŞ-ın səbəb olduğu vurğulanıb.

Eyni zamanda Rusiyanın bu kontekstdə ardıcıl olaraq öz milli maraqlarını qoruyacağını bildirilib.

NOCOMMENT.AZ