Rusiya azərbaycanlıları ayağa qalxdılar: Vətəni qorumağa hazırıq – FOTO/VİDEObackend

Rusiya azərbaycanlıları ayağa qalxdılar: Vətəni qorumağa hazırıq – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tümen vilayətinin Radujnı şəhərində yaşayan azərbaycanlılar “Qarabağa dəstək” adı ilə aksiya keçiriblər.

NOCOMMENT xəbər verir ki, aksiyada iştirak edənlərin hamısı erməni faşistlərinə qarşı döyüşmək üçün tarixi vətənlərinə qayıdacaqlarını və azğın düşməni Qarabağdan qovacaqlarını bildiriblər.

qarabağa dəstək

Şəhərdə yaşayan azərbaycanlılar adından Eyvaz Şamıyev, Hacı Yusif Soltanov və digəriləri çıxış edərək Azərbaycan ordusunun şanlı qələbələri haqqında danışıblar və yaxın günlərdə düşmən üzərində tam qələbə çalacaqlarına inandıqlarını qeyd ediblər.

Tədbirdə əsgərlər üçün toplanan 20 min manat pul Azərbaycana göndərilib. Həmin vəsaitlə Azərbaycanda əsgərlər üçün siqaret, isti geyimlər- şarf, papaq, yun corab, əlcək və.s, eləcə də tibbi ləvazimatlar – spirt, pambıq göndərilib.