Rusiya erməni jurnalistlərə vaxt qoydubackend

Rusiya erməni jurnalistlərə vaxt qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin Moskvaya geri çağırılması barədə yayılan xəbər dezinformasiyadır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Hraparak” qəzetinin yaydığı dezinformasiya ilə bağlı açıqlamasında deyib.

“Onlara ( Hraparak) birigünə qədər vaxt veririk. Birigün təkzib verməlidirlər, çünki saxta məlumat yayıblar. Doğru deyil, dezinformasiyadır. İnformasiya həqiqəti əks etdirmir”, – deyə Zaxarova bildirib.

O əlavə edib ki, səfir respublikada fəaliyyətini davam etdirir.