Rusiya ilə Azərbaycan arasında quru sərhədi açılıb?backend

Rusiya ilə Azərbaycan arasında quru sərhədi açılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması ilə bağlı görüntülər yayılıb. Videogörüntülərdə “Samur” sərhəd keçid məntəqəsindən vətəndaşların rahat şəkildə keçərək Azərbaycana və qarşı tərəfə hərəkət etdiyi görünür.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov quru sərhədlərin açılması ilə bağlı məlumatın olmadığını bildirib.

“Bu barədə heç nə bilmərəm. Məndə bu barədə məlumat yoxdur”, – deyə İ.Məmmədov bildirib.

Xatırladaq ki, Azərbaycan və Rusiya Federasiyası arasında quru sərhədlər 31 mart 2020-ci il tarixindən etibarən bağlanıb.