Rusiya Kiyevə hava zərbəsi endiribbackend

Rusiya Kiyevə hava zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə hava hücumu təşkil etdiyi və Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən havada 40-dan çox hədəfin məhv edildiyi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Kiyev Şəhər Hərbi İdarəsindən verilən açıqlamaya görə, Rusiya ordusu paytaxt Kiyevə yenidən hava hücumu həyata keçirib.

Rusiya qüvvələrinin səhər saatlarında Kiyevə doğru raket və pilotsuz uçuş aparatları (PUA) atdığı qeyd edilən açıqlamaya görə, təkcə may ayı ərzində paytaxta 15 hava hücumu həyata keçirilib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 40-dan çox hədəfin aşkar edilərək havada məhv edildiyi açıqlanıb. Kiyev meri Vitali Kliçko da sosial media hesabında havada məhv edilən bəzi raket qırıqlarının müxtəlif rayonlarda mülki infrastruktura dəyib və ziyan vurduğunu açıqlayıb.