Rusiya ordusu Xmelnitski vilayətində kəşfiyyat obyektinə zərbə endiribbackend

Rusiya ordusu Xmelnitski vilayətində kəşfiyyat obyektinə zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Ukraynanın Milli Kosmik İdarəetmə Mərkəzinin Xmelnitski vilayətində yerləşən filialına hücum ediblər.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

“Yüksək dəqiqlikli zərbələr Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat üçün istifadə etdiyi Xmelnitski vilayətinin Zalestsı kəndi ərazisində Milli Kosmik İdarəetmə Mərkəzinin bölməsinə endirilib”, – məlumatda deyilir.

Departament onu da əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin əsgərləri Xarkov və Zaporojye şəhərlərində bir neçə yanacaq bazasını məhv ediblər. Nazirliyin məlumatına görə, bu qurğular Orexov və Xarkov istiqamətlərində Ukrayna bölmələrini yanacaqla təmin etmək üçün nəzərdə tutulub.