Rusiya qisas alır – minlərlə insan sığınacaqlara qaçdıbackend

Rusiya qisas alır – minlərlə insan sığınacaqlara qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu 24 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Kiyevə hücum edib.

NOCOMMENT xəbər verir ki, Rusiya ordusu 24 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Kiyevə hücum edib. Ukrayna rəsmiləri, xalqın metro stansiyalarına sığınarkən Rusiyanın ilin əvvəlindən bəri ən sıx hava hücumu ilə mübarizə apardıqlarını açıqlayıb. Odessaya atılan Rusiya PUA-larının hissələrində “Moskva üçün” və “Kreml üçün” yazılmış mesajlar görünüb.

Rusiyanın şiddətli hücumları Kremlin Ukraynanı Putinə sui-qəsd cəhdini təşkil etməkdə ittiham etməsindən sonra baş verib. Digər tərəfdən, Rusiyadakı silahlı qruplaşmalarla əlaqəsi olan keçmiş rusiyalı deputat iddia edib ki, Kremlə pilotsuz təyyarə ilə hücum Ukrayna ordusunun deyil, rus partizanlarının işidir.

Kiyev Hərbi İdarəsindən verilən yazılı açıqlamada, Rusiya ordusunun səhər saatlarında Kiyevə pilotsuz təyyarə ilə hücum təşkil etdiyi bildirilib, “Rusiya bu ilin əvvəlindən bəri Kiyevə ən intensiv hava hücumunu həyata keçirdi. ” deyildi. Açıqlamada bildirilib ki, paytaxta doğru atılan bütün PUA-lar məhv edilib, PUA-nın hissələri Kiyevdəki yaşayış binasında aşkar edilib.