Rusiya sərhəd kəndlərimizi yerlə-yeksan etməyə çalışırbackend

Rusiya sərhəd kəndlərimizi yerlə-yeksan etməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə dəstək verən bütün dövlətlərə təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, o qeyd edib ki, buna baxmayaraq onlar daha çox hərbi texnikaya ehtiyac duyurlar.

Əlavə edib ki, Rusiya Ukraynanın kəndlərinə dayanmadan bombarduman edir və bunun qarşısını almağın tək yolu hava hücumundan müdafiə sistemlərinə sahib olmaqdır:

“Dünya təcavüz və terrora cavab olaraq beynəlxalq ədalətin necə işlədiyini görməlidir. İndi sizə yalnız bir misal çəkəcəyəm: Rusiya ərazisi ilə həmsərhəd olan Sumi rayonu. Rusiyanın burada davamlı olaraq təxribatçı qrup gətirmək cəhdləri, davamlı terror aktları və top atəşləri var.

Rus ordusu sərhəd kəndlərimizi yandırıb yerlə-yeksan etməyə çalışır. Martın əvvəlindən bu günə qədər Rusiya aviasiyası təkcə Sumı vilayətinə 200-ə yaxın bomba atıb. Buna görə hava hücumundan müdafiəmizi gücləndirməliyik”.