Rusiya torpaqlarımızın 20 faizini işğal edib – Gürcüstan prezidentibackend

Rusiya torpaqlarımızın 20 faizini işğal edib – Gürcüstan prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib. 

Gürcüstanın ərazi bütövlüyünü sülh üsulları ilə təmin edəcəyini bildirən Zurabişvili, “Rusiya təcavüzkar və işğalçıdır. 2008-ci il müharibəsindən 15 il keçməsinə baxmayaraq, bütün beynəlxalq prinsiplərə məhəl qoymayaraq, hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır”,- deyib.