Ukrayna Silahlı Qüvvələri (AFU) bir gündə Kursk vilayətində 160-a qədər hərbçisini itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bir tank, bir zirehli transportyor, iki döyüş zirehli texnikası, beş avtomobil, üç artilleriya qurğusu, iki “Strela-10” zenit-raket kompleksi və iki elektron döyüş stansiyası məhv edilib”, – deyə məlumatda bildirilir.