Rusiya Ukraynaya “İsgəndər” raketi atdı – Kolumbiyalı deputat yaralandıbackend

Rusiya Ukraynaya “İsgəndər” raketi atdı – Kolumbiyalı deputat yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiya ordusunun raket hücumu nəticəsində ölənlərin sayı 9-a çatıb, 60 nəfər yaralanıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, Fövqəladə Hallar Dövlət Xidməti ölənlər arasında 3 uşağın olduğunu dəqiqləşdirir. Yaralılar arasında səkkiz aylıq körpə də var.

Rusiyanın Kramatorsk şəhərini atəşə tutması zamanı 3 Kolumbiya vətəndaşı yaralanıb. BBC Rus Xidməti xəbər verir ki, bunlar Latın Amerikasında Ukraynaya dəstək təşkilatının təsisçisi, kolumbiyalı deputat Serxio Jaramillo, yazıçı Hektor Abad və jurnalist Katalina Qomezdir. Onları ukraynalı yazıçı Viktoriya Amelina müşayiət edib, o da yaralanıb və vəziyyəti ağırdır.

“Financial Times”ın müxbiri Kristofer Miller tvitində bildirib ki, raket Kramatorsk otelinin yanındakı ticarət mərkəzinə düşüb. Binada restoran yerləşirdi. Partlayış nəticəsində yaxınlıqdakı evlərə, pərakəndə satış məntəqələrinə, poçt şöbəsinə və avtomobillərə ziyan dəyib.

Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, Rusiya ordusu şəhərə iki “İsgəndər” raketi atıb. Kramatorskda axtarış-xilasetmə işləri aparılır. Dağıntılar altında insanlar, o cümlədən uşaqlar qala bilər.

“AzPolitika.info”