Rusiya və Ermənistan nümayəndə heyətinin görüşündəki bayraq müəmması – AÇIQLAMAbackend

Rusiya və Ermənistan nümayəndə heyətinin görüşündəki bayraq müəmmasıAÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və qurumlararası nümayəndə heyətin baş tutan görüşündəki fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, müzakirə edilən fotolarda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı əks olunub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda səfərdə olub.

Qeyd edək ki, rəsmi protokola əsasən dövlətlər arası baş tutan rəsmi görüşlərdə tərəflərin dövlət bayraqlarının vacib olaraq yerləşdirilməsi yalnız dövlət başçılarının iştirakında şərtdir. Digər hallarda isə yerləşdirilməyə bilər və bunu vacib edən amil yoxdur.