Rusiya və Türkiyə Qafqazı “bölüşdürdü” – Avropa Birliyibackend

Rusiya və Türkiyə Qafqazı “bölüşdürdü” – Avropa Birliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyənin münasibətlərindəki “astanalaşma” bu ölkələrə Suriya, Liviya və Qafqazı təsir sferalarına bölməyə imkan verdi.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

“Beş il əvvəl Türkiyə və Rusiya mərkəzi Aralıq dənizində mövcud deyildilər, indi isə onlar oyun aparırlar. Biz bir neçə oyunçu arasında digərlərinə müqavimət üçün kulisarxası işlərin mövcud olduğu çoxqütblü dünyada yaşayırıq. Biz bunu “astanalaşma” adlandırırıq. Rusiya və Türkiyə əvvəlcə ayrı idilər, amma ümumi maraqlar tapıblar. Daha sonra təsir zonaları bölüşdürmək barədə razılaşdılar. Bu, Suriyada, Liviya və Qafqazda baş verdi”, – deyə o bildirib. / Axar.az