Rusiyada 5 hektardan çox meşə sahəsi kül oldubackend

Rusiyada 5 hektardan çox meşə sahəsi kül oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Krasnodar diyarında meşədə baş vermiş böyük yanğını söndürürlər. Bu barədə Kub Mash Telegram kanalı məlumat yayıb.

Hadisə Qara dağın yaxınlığında, Apşerski meşə təsərrüfatında baş verib. Yanğın səhər saatlarında başlayıb, lakin sonradan yanğının sahəsi 5,5 hektara çatıb.

Hazırda ərazidə Regional Meşə Yanğından Mühafizə Mərkəzinin əməkdaşları işləyir.

“Təbii Sərvətlər Nazirliyi dağlarda aydın bir əlaqənin olmadığını və yanğına yaxınlaşmaq olduca çətindir”, – deyə nəşr yazır.

Mütəxəssislərin fikrincə, yaxınlıqdakı Çerniqovskaya kəndi “hələlik təhlükə altında deyil”.