Rusiyada azərbaycanlı diaspor rəhbəri koronavirusdan öldübackend

Rusiyada azərbaycanlı diaspor rəhbəri koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Voronej vilayətindəki Azərbaycan diasporunun sədri Eldar Sadıxov koronavirusdan vəfat edib.

NOCOMMENT.az-ın məlumatına görə, Voronejdəki Xəzər ictimai təşkilatının sədri Eldar Əliisa oğlu Sadıxov avqustun 16-da 61 yaşında COVID -19 virusuna yoluxması nəticəsində vəfat edib.Onun nəşi Azərbaycana göndərilib.

Qeyd edək ki, Eldar Sadıxov uzun illər Voronejdəki Azərbaycan diasporuna rəhbərlik edib. Voronej vilayətinin ictimai həyatında fəal rol oynayan həmyerlimiz vilayətin regional milli palatasının üzvü olub./APA