Rusiyada da artıq anlayırlar ki, bu erməni məsələsi tamamlanıbbackend

Rusiyada da artıq anlayırlar ki, bu erməni məsələsi tamamlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bununla bağlı separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb.

“2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Dağlıq Qarabağ Respublikası öz mövcudluğunu dayandırır”, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da çıxışında bildirib ki, “Hazırda Qarabağdakı ermənilərin böyük hissəsi Ermənistan tərəfə keçmək arzusunu bildirir və bunu istəyən hər kəsə dəstək göstərilir”.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa redaktor.aza danışdı.

Millət vəkili dedi ki, artıq ermənilər reallığı anladılar.

“Məğlub olublar, xüsusilə də böyük cinayət törətmiş qüvvələri bilirlər ki, bu məsuliyyətdən qaça bilməyəcək. Amma bunun dinc əhaliyə aidiyyəti yoxdur. Azərbaycan doğru bir diplomatik manevr elədi. Açıqca ölkə prezidenti özü də birbaşa çıxışında erməni əhalisinə yaşamaq üçün qarantiya verdi, bütün hüquqlarını təmin edəcəyinə söz verdi. Bundan artıq Azərbaycan nə edə bilər? Zorla yaxasından tutub saxlaya bilmərik ki. Bu baxımdan da onların atdığı addımların açığı gözlənilən olduğunu söyləyə bilərik. Amma bütövlükdə Azərbaycan bu ərazilərdə artıq öz hakimiyyətini bərpa edəcək. Kim ki, suverenliyimizi, konstitusiyamızı qəbul edəcək, qalacaq, kim qəbul etməyəcək, qalmayacaq. Rusiyada da artıq anlayırlar ki, bu erməni məsələsi tamamlanıb və onlar özü də şahiddirlər ki, erməniləri heç kim çıxartmır. Özləri hansısa bir panika içində, yaxud da öz adamlarının təşviqi ilə gedirlər və hər dəfə gedənlərə verilən suallara da cavab bildirirlər ki, könüllü tərk edirlər. Bundan sonra gedib nə danışmaların əhəmiyyəti yoxdur. Konkret hər kəs görür ki, onlara qarşı heç bir zorakılıq yoxdur, qısnama yoxdur. Bunlar öz addımını bu cür atırsa, biz də buna normal yanaşırıq”, – deyə F.Mustafa bildirdi.