Rusiyada kişilərin ölkədən çıxışına qadağa qoyulub?backend

Rusiyada kişilərin ölkədən çıxışına qadağa qoyulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov kişilərin yanvarın 9-dan Rusiyadan çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərləri təxribat adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Bu, adi informasiya təxribatıdır, bunu belə deyək”, – Kreml sözçüsü şərh edib.

Onun sözlərinə görə, Telegram kanallarından Rusiya Federasiyasında guya yeni səfərbərliyin başlanması ilə bağlı yayılan məlumatlara fikir verməmək lazımdır. Eyni zamanda, bu cür məsələlər və xəbərlər üçün əsas mənbə hökumətdir, deyə Peskov diqqət çəkib.