Rusiyada müflislərin sayı kəskin artıbbackend

Rusiyada müflislərin sayı kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin ilk iki ayında Rusiya Federasiyasında müflis elan edilmiş hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 60% artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Yanvarda Rusiyada 571, fevralda 771 şirkət müflis elan edilib. 2023-cü ildə onların sayı müvafiq olaraq 364 və 478 olub. Beləliklə, 2024-cü ilin yanvar ayı üçün artım təxminən 57%, fevral üçün isə 61% təşkil edib.

Qeyd olunur ki, ölkədə korporativ iflasların sayı 2021-ci ildən bəri ilk dəfə artmağa başlayıb. Hüquqşünasların fikrincə, ötənilki moratoriumun müflisləşmələrə təsiri tükənib və indi müflis şirkətlərin sayının artacağını gözləmək lazımdır. Ali Məhkəmənin təklif etdiyi borc limitinin 300 min rubldan 2 milyon rubla qədər artırılması onun qarşısını ala bilərdi. Lakin həm hakimiyyət orqanları, həm də hüquq ictimaiyyəti bu fikri mübahisəli hesab edir.

Qeyd edək ki, fevral ayında Rusiya Federasiyasının Ali Məhkəməsi Rusiya ilə “sıx əlaqəsi” olan xarici hüquqi şəxslərin müflisləşməsinə icazə verib.

Bundan əvvəl, Rusiya Federasiyasının Maliyyə Nazirliyi hətta müflis olan şirkətlərin artıq mənfəət vergisi ödəməli olacağını bildirib.