Rusiyada qəza törədən məşhur aktyor həbs edilə bilər – FOTO/VİDEObackend

Rusiyada qəza törədən məşhur aktyor həbs edilə bilər – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva şəhərinin Smolenskaya meydanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az rus mediasına istinadən xəbər verir ki, “Jeep Grand Cherokee” avtomobil qarşı yola çıxaraq “Lada” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan “Lada”nın sürücüsü xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Qəzadan sonra “Jeep” markalı avtomobilin sürücüsü, içkili vəziyyətə olan məşhur aktyor Mixail Yefremov polis əməkdaşları tərəfindən saxlanılıb. Aktyora qarşı cinayət işi açılıb və o, yeddi ilədək həbs edilə bilər.