Rusiyada respondentlərin 58 faizi Putinə etibar edirbackend

Rusiyada respondentlərin 58 faizi Putinə etibar edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada rəyi soruşulanların 58%-i Prezident Vladimir Putinə etibar etdiyini bildirib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu, “İctimai rəy” Fondunun keçirdiyi sorğu nəticəsində məlum olub.

Araşdırmaya əsasən, respondentlərin 31%-i Vladimir Putinə etibar etmədiyini, 12%-i isə məsələyə münasibət bildirməyə çətinlik çəkdiyini deyib. Rəyi soruşulanların 61%-nin fikincə, Putin vəzifəsinin öhdəsindən gəlir, 24% əks mövqe tutub, 15% isə cavab verməkdə çətinlik çəkib.

Sorğu dekabrın 11-dən 13-dək 18 yaşdan yuxarı olan 4 min respondent arasında ev və mobil telefonlar vasitəsilə keçirilib. Sorğuda xəta payının 1,9% olduğu vurğulanıb.