Rusiyadakı prezident seçkisi saxtadırbackend

Rusiyadakı prezident seçkisi saxtadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyadakı prezident seçkisi saxtadır, imitasiyadır”.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə deyib. O, Rusiyada keçirilən seçkinin ədalətli, qanunauyğun olmadığını qeyd edib:

“Dünyada hamı başa düşür ki, Putin fiquru tarixdə tez-tez baş verdiyi kimi, sadəcə olaraq hakimiyyət aludəçisi olub və əbədi hakimiyyətə gəlmək üçün əlindən gələni edir. Onun şəxsi hakimiyyətini uzatmaq üçün etməyəcəyi heç bir pislik yoxdur. Dünyada bundan təhlükəsiz olan heç kim yoxdur.

Rusiyanın Ukraynanın işğal olunmuş ərazisində etdiyi hər şey cinayətdir. Rus qatillərinin bu müharibədə və Putinin ömürlük hakimiyyəti naminə etdikləri hər şeyə görə ədalətli cəza olmalıdır. O, yalnız bir şeydən qorxur – ədalət. Bu seçki imitasiyasının legitimliyi yoxdur və ola da bilməz.”

Bildirib ki, Putinin hakimiyyətdə ömürlük qalmaq üçün etməyəcəyi şey yoxdur.