Rusiyalı qadınlar doğuş üçün Argentinaya gedirlərbackend

Rusiyalı qadınlar doğuş üçün Argentinaya gedirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etməsindən sonra minlərlə hamilə rus qadının uzaqlarda yeni həyat qurmaq ümidi ilə Argentinaya köçüb və orada uşaq dünyaya gətirdiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Argentina hökumətinin immiqrasiya rəqəmlərinə görə, 2022-ci ilin yanvar ayından bəri, əsasən orta və yuxarı təbəqədən olan 22.000-dən çox rusiyalının evlərindən minlərlə kilometr aralıda yeni bir həyat qurması bəlli olub.

Argentinalı səlahiyyətlilər ölkəyə gələn rus qadınların sayının artdığını açıqlayıb.

Rəsmilər, burada rus qadınlarının övlad dünyaya gətirdiklərini, yeni doğulanlara dərhal vətəndaşlıq, valideynlərinə isə müvəqqəti yaşamaq və işləmək icazəsi verildiyini bildirib.

NOCOMMENT.AZ