Rusiyalı senatorlar koronavirusa yoluxdularbackend

Rusiyalı senatorlar koronavirusa yoluxdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumilikdə beş rusiyalı senator koronavirusa yoluxub, onların hamısı artıq sağalıb və iş başındadır”.

NOCOMMENT.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib. Onun sözlərinə görə, yoluxanlardan heç biri ciddi xəstələnməyib.

“Federasiya Şurasının bəzi işçiləri də xəstələnmişdi”, – deyə  o əlavə edib. Onun sözlərinə görə, hazırda Federasiya Şurasında maska-əlcək rejiminə əməl edilir və müntəzəm olaraq testlər keçirilir.

Daha əvvəl Rusiya Dövlət Dumasında bir neçə deputatın koronavirusa yoluxduğu bildirilirmişdi.