Rusiyanın bir çox şəhərlərindən Bakıya uçuşlar bərpa edilir – SİYAHIbackend

Rusiyanın bir çox şəhərlərindən Bakıya uçuşlar bərpa edilir – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.

NOCOMMENT oxu.az-a istinadən məlumat verir ki, xəbər “Rosaviasiya”nın rəsmi saytında dərc edilib.

Beləliklə, tezliklə həftədə üç dəfə olmaqla, Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.

Uçuşlar “Ural Hava Yolları”, “Azimut” və “Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.

“Rosaviasiya” həmçinin “Severnıy Veter” şirkətinə Rostov və Mineralnıye Vodı aeroportlarından müvəqqəti və çarter uçuşlar həyata keçirməyə lisenziya verib.

Uçuşların dəqiq vaxtı və qiyməti aviaşirkətlər tərəfindən tənzimlənəcək.