Rusiyanın Finlandiyadakı konsulluğuna səs bombası hücumubackend

Rusiyanın Finlandiyadakı konsulluğuna səs bombası hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Finlandiyadakı Mariehamn Konsulluğuna səs bombası atıldığını və hücumdan sonra Finlandiyaya nota verildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Zaxarova hücumun aprelin 30-dan mayın 1-nə keçən gecə baş verdiyini açıqlayıb.

“Aprelin 30-dan mayın 1-nə keçən gecə Finlandiyanın Aland adalarının Mariehamn şəhərindəki Rusiya konsulluğunda vandalizm aksiyası həyata keçirilib.” deyə o XİN sözcüsü qeyd edib.

Zaxarova Rusiya xarici nümayəndəliyinin bağçasına bir qrup tərəfindən səs bombaları və müxtəlif əşyalar atıldığını, Konsulluğun binasına maddi ziyan dəydiyini, Konsulluq əməkdaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaradıldığını açıqlayıb.

NOCOMMENT.AZ