Rusiyanın Ka-52 helikopteri dənizə düşdübackend

Rusiyanın Ka-52 helikopteri dənizə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ka-52 döyüş helikopteri sentyabrın 1-də Azov dənizində qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Teleqram kanalının xilasetmə xidmətindəki mənbələrinə görə, helikopter sentyabrın 1-də səhər saatlarında Azov dənizində, sahil zolağından təxminən 1,5 km aralıda qəzaya uğrayıb.

İlkin versiyaya görə, qəzaya səbəb çətin hava şəraiti olub – ərazidə güclü duman olub.

Bildirilir ki, Ka-52-nin göyərtəsində iki ekipaj üzvü olub. Xilasetmə əməliyyatı zamanı onlar təxliyə edilib.

Qeyd edək ki, bu, son vaxtlar Rusiyada helikopter qəzası ilə bağlı yeganə hadisə deyil.

Məsələn, avqustun 29-da FTX-yə məxsus Mi-8 helikopteri Çelyabinsk vilayətində qəzaya uğrayıb. Helikopterdə olan hər üç nəfər həlak olub.

Bundan əlavə, iyulun 27-də Altayda Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.