Rusiyanın SSRİ planı və uğursuz hakimiyyət…backend

Rusiyanın SSRİ planı və uğursuz hakimiyyət…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkdilli dövlətlərin Türkiyə Respublikasında son toplantısı ilə Qazaxıstanda baş verən insan cinayətkarlığı müddətindən heç bir ay vaxt keçmir. Hələlik rəsmi məlumata görə 164 mülki şəxsin və 18 dövlət orqanı əməkdaşının öldürürülməsi barədə xəbərlər verilir. Müxalifətçi kəsim isə bu rəqəmin daha çox olduğu üzərində isar edir.

Ola bilsin rəsmi informasiya doğrudur. Lakin bir məsələ var ki, Qazaxıstan prezidenti Tokayevin etirazçı mitinqçilərə qarşı xəbərdarlıq etmədən atəş açmaq barədəki əmri aranı daha da qarışdırdı və bu, maraqlı xarici və daxili qüvvələrin fəal hərəkətə keçməsinə əlverişli imkan yaratdı.Tokayevin dövlət başçısı kimi ən bağışlanılmaz səhvi idi və o, bu addımı atarkən hazırkı taleyini yox, heç olmazsa tarixə gələcək siyasi həyatının millətinin qanına bulaşmış şəkildə düşməsinə görə getməməli idi.

Qazaxıstan çoxmillətli ölkədir. Əhalinin təxminən yarısı rusdur və ömür boyu da yağ-bal içində yaşayıblar. Yepyekə bir sual adamın az qala gözlərini deşib suyunu yerlə bir edir. Aydınlaşdırmaq  və kürəyimə millətçi damğasının kleylənməməsi üçün məhz qazax hökumətinin özünün verdiyi informasiyalar üzərində məxsusi dayanmağı məsləhət bildim. Nədənsə qazaxlardan başqa, yalnız bir qırğız müğənninin döyülməsi faktı istisna olmaqla digər millət və etnik qrupun burnu belə qanamamışdır. Divan yalnız qazaxlara tutulmuşdur. Əslində əgər meydana başqa millətin nümayəndələri də çıxıblarsa,  bəs o zaman nədən onların birinə dəyənək və güllələrdən biri belə dəyməyib. Axı, mavi qazın qiymətinin iki dəfə artırılması adi məntiqə görə milliyyətindən asılı olmayaraq Qazaxıstanda yaşayan hər kəsin həyat şəraitinin pisləşməsinə təsir göstərməlidir. Görsənir ki, Qazaxıstanın bir dövlət olaraq tamam başqa bir siyasi oyunun qurbanına çevrildiyi faktdır və burada Rusiyanın rolu inkaredilməzdir.

Təsadüfən, yazının başlanğıcında türkdilli dövlətlərin Türkiyədəki yığıncağını xatırlatmadım. Fikrimcə, elə hər şey də buradan başlayıb. Son illər Qazaxıstanın birinci prezidenti Nazarbayevin türkdilli xalqların birliyi, turançılıq barədə fikirləri tez-tez səsləndirməsi əlbəttə, heç bir halda Rusiyanın xoşuna gedə bilməzdi. Kreml onsuz başqa adla olsa da, mahiyyətinə görə yeni SSRİ-nin bərpasına çalışır. Lakin göründüyü kimi, məsələni çox da gecikdirmək olmazdı. Putinin rus ordusunu vaxt itirmədən Qazaxıstanda yerləşdirmək planını  gerçəkləşdirmək üçün əlinə çox yaxşı bir bəhanə keçirdi. İndi mavi qaz əvəzinə Qazaxıstana Rusiyaya məxsus magistral borular vasitəsilə qan axıdılır.

.           Eldar  Sabiroğlu
Keçmiş millət vəkili, ehtiyatda olan pokovnik