Rusiyanın Ukraynaya vurduğu ziyan qeydə alınacaqbackend

Rusiyanın Ukraynaya vurduğu ziyan qeydə alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının IV Sammitində 46 üzv dövlət Rusiyanın Ukraynaya vurduğu zərərin qeydə alınması mexanizmini qəbul edəcək.

NOCOMMENT.az xəbər verir ki, İslandiyanın Baş naziri Katrin Yakobsdottir və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Avropa Şurasının IV Zirvə Toplantısından əvvəl təşkil olunan mətbuat konfransında bu barədə məlumat veriblər.

Leyen İslandiyaya prezidentlik dövründə Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılması məsələsini diqqət mərkəzində saxladığına görə təşəkkür edib.

Leyen Ukrayna prezidenti Vladimir Zelenskinin sülh formunu dəstəklədiklərini vurğulayaraq, “Zelenski bunu müzakirə etməyə çox açıqdır. Lakin bizim hamımız üçün vacib olan üzərində çalışdığımız təməlin bu formul olmasıdır” deyə açıqlama verib.

NOCOMMENT.AZ