Ruslar əhalini aldadır və digər yerlərə aparırlar – Kəşfiyyatbackend

Ruslar əhalini aldadır və digər yerlərə aparırlar – Kəşfiyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya birtərəfli qaydada guya ukraynalıları Severodonetskdən təxliyə etmək üçün “humanitar” dəhlizlər elan edir. Şəhərin əhalisi müvəqqəti işğal olunmuş ərazilərə deportasiya edilir. Və yenə də bu cür hərəkətlər döyüş bölgəsində məkanı manipulyasiya etməyə imkan verir”.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Britaniya kəşfiyyatı öz rəsmi Tvitter hesabında Ukraynadakı hərbi əməliyyatlarla bağlı son hesabatında paylaşıb.

İyunun 14-dən etibarən Rusiya və separatçı rəsmilər bildiriblər ki, onlar Severodonetskdən mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər yaratmağa çalışırlar.

Xəbərdə Severodonetsk sakinlərinin rusların təklifinə etimad göstərməyəcəyi ehtimal edilir. İndi şəhərdən çıxışlar dağıdılmış körpülərlə məhdudlaşır, lakin Rusiya Federasiyasının “humanitar” dəhlizləri Svatovoya, yəni müvəqqəti olaraq işğal olunmuş ərazilərə aparılır.

Britaniya kəşfiyyatının nümayəndələri ehtimal edirlər ki, mülki əhali bundan imtina etsə, Severodonetskdəki insanları daha şiddətli atəşə tutmağa başlayacaqlar.

Xəbərdə döyüşlərdən də bəhs edilir. Bildirilir ki, son 48 saat ərzində Rusiya İzyumun cənubuna doğru irəliləmək və Severodonetski şimaldan mühasirəyə almaq cəhdlərini bərpa edib.

Xatırladaq ki, Baş Qərargahın son xülasəsində işğalçıların səylərini üç bölgəyə – Slavyansk, Baxmut və Severodonetskə cəmlədiyi bildirilib. Bəzi əməliyyat bölgələrində döyüşlər davam edir. Böyük itkilərə görə Rusiya komandanlığı döyüş qabiliyyətini bərpa etmək üçün 1-ci Ordu Korpusunun 11-ci əlahiddə motoatıcı alayının müəyyən hissələrini döyüş bölgəsindən çıxarmağa məcbur olub.
Teleqraf