Rusların sayı fəlakətli şəkildə azalırbackend

Rusların sayı fəlakətli şəkildə azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada əhalinin sayında azalma birbaşa səfərbərliklə bağlıdır.

NOCOMMENT Axar.az xəbər verir ki, bu barədə rusiyalı demoqraf İqor Yefremov son statik göstəriciləri şərh edərkən deyib.

O, situasiyanın getdikcə daha fəlakətli olacağını bildirib:

“Doğum səviyyəsinə əsas zərbə dolayı olacaq. Əksər ailələrin planları tamamilə dağılacaq. Səfərbərlik davam etdikcə, mənfi effekt daha da güclənəcək”.

Qeyd edək ki, Rusiya Federal Dövlət Statistika Xidmətinin 2022-ci ilə olan hesabatına əsasən, ölkədə əhalinin sayı 566 min nəfər azalaraq 146 milyon 424 minə enib.