Rüstəm Usubovun Avropaya viza istəyinə GÖZLƏMƏDİYİ CAVABbackend

Rüstəm Usubovun Avropaya viza istəyinə GÖZLƏMƏDİYİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun Avropaya getmək niyyəti baş tutmayıb.

NOCOMMENT-in gununsesi-nə istinadən xəbərinə görə, Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.

Vizaya dair imtinanın səbəbi açıqlanmasa da, ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.

Qeyd edək ki, “MTN İşi”ndə zərərçəkənlərlə yanaşı vaxtilə MTN-də yüksək vəzifə tutanlar da Rüstəm Usubovu cinayətdə ittiham ediblər.

Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.