Әsәd rejimi – İsrailә mәxsus qırıcılar Hәlәbi bombaladıbackend

Әsәd rejimi – İsrailә mәxsus qırıcılar Hәlәbi bombaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bәşәr Әsәd rejimi İsrail qırıcılarının Suriya torpaqlarına daxil olaraq ölkәnin şimalında yerlәşәn Hәlәb şәhәrindәki bәzi hәrbi hissәlәrә hava hücumu tәşkil etdiyini irәli sürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barәdә Bәşәr Әsәd rejiminin xәbәr agentliyi olan SANA mәlumat yayıb. Mәlumatda İsrailә mәxsus qırıcıların Hәlәbin cәnub-şәrqindә yerlәşәn Sifirә qәsәbәsindәki bir mәrkәzә hücum etdiyi bildirilib. Mәlumatda hәmçinin qәsәbәdә yerlәşәn vә rejim qüvvәlәrinә aid olan hәrbi anbarların hәdәf alındığı qeyd olunub.

Rejim qüvvәlәrinә aid fabriklәrin yerlәşdiyi Sifirә qәsәbәsindә rejim qüvvәlәri ilә yanaşı, İran İslam Keşikçilәri Korpusuna sadiq olan terror qruplaşmaların da olduğu bildirilib.

İsrail orqanları hücumla bağlı açıqlama vermәyib.