Sabah sərhəd komissiyasının iclası keçiriləcəkbackend

Sabah sərhəd komissiyasının iclası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası sabah, noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Xatırladaq ki, birgə sərhəd komissiyasının əvvəlki iki iclası Rusiyada baş tutub.