Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaqbackend

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 38 500 abonentə qazın verilişində məhdudiyyət yaranacaq.

Bu barədə NOCOMMENT.az-a “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

 

Bildirilib ki, Sumqayıt şəhəri, “Şəhər-4” orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq dekabrın 30-da saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıldərə yaşayış massivləri, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10, 11, 12, 13, 16, 17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38 500 sayda əhali abonentlərin qaz təminatında məhdudiyyət yaranacaq.