Sabiq drektor zərəri ödədi, işə xitam verildibackend

Sabiq drektor zərəri ödədi, işə xitam verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Məhkəməsində Bakıdakı Həbib Bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar Liseyin sabiq direktoru Bəkir Mustafayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunan sabiq direktora hökm oxunub.

Hökmə əsasən, dəymiş ziyanın tam ödənildiyi və cinayət prosesində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyinə görə, təqsirləndirilən şəxs Bəkir Mustafayev cinayət məsuliyyətindən azad edilib, barəsində cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, iş üzrə ümumi ziyan 34 min 102 manat olub.