Sabiq icra başçısının biznesmen qızı Azərsu-nu məhkəməyə verdibackend

Sabiq icra başçısının biznesmen qızı Azərsu-nu məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın qızı Vüsalə Gülməmmədova “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraaatına verilib.

Bildirilir ki, məhkəmə iddiası maliyyə sanksiyaları və cərimələr üzrə mübahisələrlə bağlı irəli sürülüb.

Məlumat üçün bildirək ki, Vüsalə Gülməmmədova “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” MMC-nin (VÖEN: 1004597731) qanuni təmsilçisidir.

Onu da qeyd edək ki, 2015-2022-ci illərdə Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyən İradə Gülməmmədovanın qızı ilə bərabər həyat yoldaşı da biznes fəaliyyəti ilə məşğuldur.

Sabiq icra başçısının həyat yoldaşı – Gülməmmədov Yolçu Katamazya oğlu “İmpuls-M.V.” MMC-nin (VÖEN: 1000296151) qanuni təmsilçisidir.

Bunlardan başqa İradə Gülməmmədovanın atası Akif Quliyevlə, qardaşı Rövşən Quliyev də sahibkarlıqla məşğuldurlar. Bu şəxslər “Nigər-Q.S” MMC-nin (VÖEN: 1901059821) təsisçisi və qanuni təmsilçisidir.