Sabiq icra başçısının məhkəməsi başladıbackend

Sabiq icra başçısının məhkəməsi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində baş tutan iclasda Namiq Zeynalovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonar onun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məlum olub ki, Namiq Zeynalov və vəkili tərəfindən verilən şikayətdə barəsində bəraət hökmünün çıxarılması istənilib.

Bundan sonar Namiq Zeynalovun vəkili vəsatətlə çıxış edib. Vəkil apellyasiya şikayətinin məhkəmə istintaqı ilə aparılmasını, işdə olan dəlillərin yenidən araşdırılmasınıbn istəyib.

Məhkəmə təmin olunmayıb.

Məhkəmə baxışı oktyabrın 25-ə təyin olunub.