Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDUbackend

Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəylini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı Rihat Cəfərova hökm oxunub.

NOCOMMENT.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə R.Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Orta məktəb şagirdi Vaqif Rəfibəyli tanıdığı Rihat Cəfərov tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli sabiq polkovnik-leytenantın oğlu imiş. Onun atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb, Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib./Teleqraf/