Sabiq səhiyyə nazirinin həbsinə hazırlıq gedirbackend

Sabiq səhiyyə nazirinin həbsinə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Ermənistanın keçmiş səhiyyə naziri Arsen Torosyana qarşı cinayət işi açıla bilər.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti mənbələrinə istinadən yazıb.

Məlumata görə, Ermənistanın Antikorrupsiya Komitəsi hakim “İctimai müqavilə” partiyasının deputatı, ölkənin sabiq səhiyyə naziri Arsen Torosyana qarşı faktlar toplayır və ona qarşı yaxın vaxtlarda cinayət işinin açılması gözlənilir.

Mənbə qeyd edib ki, Antikorrupsiya komitəsində hələlik sabiq nazirə cinayət işi açılmasının tez olduğunu düşünürlər.

Belə ki, komitə koronovirus pandemiyası ilə mübarizə çərçivəsində 2020-ci ildə səhiyyə xərcləri üçün ayrılmış dövlət vəsaitinin effektiv və səmərəli istifadə edilib-edilməməsini araşdırır. İyun ayında bu məsələ ilə bağlı cinayət işi qaldırılıb. Bununla bağlı “Qriqor Lusavoriç” klinik tibbi mərkəzinin əməkdaşları bir neçə dəfə dindirilmələrə çağırılıb.

Qəzet yazır ki, hələlik heç bir təqsirləndirilən şəxs olmasa da, yaxın vaxtlarda pandemiya dövründə səhiyyə naziri postunu tutmuş A.Torosyan da cəlb ediləcək.