BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Beynəlxalq Ofisi (UNODC) ” 2023-cü il Dünya Narkotik Hesabatı”nı ictimaiyyətlə paylaşıb .
NOCOMMENT.az xəbər verir ki, hesabatda son 10 ildə narkotikdən istifadənin 23 faiz artdığı, 2021-ci ildə dünyada 15-64 yaş arasında olan hər 17 nəfərdən birinin narkotik vasitələrdən istifadə etdiyi bildirilib.
2021-ci ildə qlobal miqyasda 296 milyon insanın narkotikdən istifadə etdiyi bildirilən hesabatda bu rəqəmin 2020-ci ildə 284 milyon olduğu, narkotik istifadə nisbətinin isə bir ildə 18 faiz artdığı qeyd edilib.
Müalicə xidmətləri və digər müdaxilələrin qeyri-adekvat qalması, o cümlədən humanitar böhranlar nəticəsində “rekord sayda məcburi köçkün” olması səbəbindən inyeksion narkotik qəbul edən şəxslərlə bağlı təxminlərin əvvəlki illərə nisbətən daha yüksək olduğu vurğulanıb.
Dünyada ən çox istifadə edilən narkotik maddənin sirr olduğuna dair məlumatların paylaşıldığı hesabatda 2021-ci ildə dünya əhalisinin 4 faizinə bərabər olan 219 milyon insanın marixuanadan istifadə etdiyi bildirilib.
Hesabatda təqribən 60 milyon insanın “opioid” adlanan sintetik narkotik, 36 milyon insanın amfetamin tipli maddələr, 22 milyon insanın kokain, 20 milyon insanın ekstazi istifadə etdiyi bildirilib.
NOCOMMENT












