Əksər insanlarda görülə bilən dəmir çatışmazlığı çox vacib sayılmasa da, özü ilə bəzi xəstəlikləri də gətirə bilər.
NOCOMMENT xəbər verir ki, zəiflik, yorğunluq, solğun görünüş, tərləmə, ürək döyüntüsü kimi əlamətlərlə özünü göstərən dəmir çatışmazlığı saç tökülməsinə də səbəb olur.
Saçların gündə müəyyən saydan aşağı tökülə biləcəyini və gündə 100-ə qədər saç tökülməsinin normal olduğunu vurğulayan həkimlər saç tökülmələri göründüyündə, altında yatan səbəblərin araşdırılmasının lazım olduğunu vurğulayıblar.












