Gürcüstanda daha 2 210 nəfərdə  koronavirus aşkarlanıb, 74 nəfər ölüb

Gürcüstanda daha 2 210 nəfərdə koronavirus aşkarlanıb, 74 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 2 210 nəfərdə koronavirus aşkarlanıb, 5 587 nəfər müalicə olunaraq sağalıb, 74 pasiyent vəfat edib.

NOCOMMENT.az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 564 837 nəfər yoluxub. Onların 514 768-i sağalıb, 7 806-sı isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 42 237 nəfərdir.