Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 30 796 vaksin vurulub.

“NOCOMMENT” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1389, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 233, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1978 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 787 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 774 963, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 533 318, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.