Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 869 vaksin vurulub.
Bu barədə “NOCOMMENT”ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 954, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 269 nəfərdir.












