Qusarda 5 nəfər qidadan zəhərlənib

Qusarda 5 nəfər qidadan zəhərlənib

Bu gün Qusar rayonunda 5 nəfər şəxs qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya müraciət edib.

Qusar Mərkəzi Rayon Xəstəxanasından NOCOMMENT.az-a verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən şəxslərə müvafiq tibbi yardım göstərilib və hazırda müalicələri davam etdirilir. Onların həyatı üçün hər hansı təhlükə yoxdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.