Yüksək qan təzyiqini aşağı salır, maddələr mübadiləsini sürətləndirir

Yüksək qan təzyiqini aşağı salır, maddələr mübadiləsini sürətləndirir

Xəstəliklərə davamlı olmaq üçün ilk növbədə həyatımıza vitamin və minerallarla zəngin qidalar əlavə etməliyik. Xüsusilə uşaq inkişafında sağlam qidaların istehlakına xüsusi diqqət yetirilməlidir.

NOCOMMENT xəbər verir ki, bədənin ehtiyac duyduğu bir çox qiymətli vitaminlərlə böyük qida qaynağı olan bildirçin yumurtası tam bir qalxan rolunu oynayır. Bildirçin yumurtasının faydalarına nəzər yetirək:

İrəli yaşlarda görülə bilən osteoporoz və ya iltihab kimi xəstəliklərin qarşısını alır, bu da motor hərəkətləri üçün əhəmiyyətli olan əzələlərin daha elastik olmasına kömək edəcəkdir.

Xüsusilə D vitamini çatışmazlığı olanlar müntəzəm qidalanmalıdırlar. Əks halda, D vitamini çatışmazlığı ciddi xəstəliklərə yol açır. Bildirçin yumurtası eyni zamanda bol A vitamini ehtiva etdiyi üçün göz sağlamlığını dəstəkləyir. Göz sağlamlığı üçün lazım olan A vitamininin 90 faizini qarşılayır.

Bundan əlavə, orqanizmin A vitamini ehtiyacını ödəməklə, orqanlarda dəri qatının və qişaların təkrarlanmasını mümkün edir. Tənəffüs problemlərinin sağalma prosesini dəstəkləyir.