Şahin Mustafayev İranın neft naziri ilə görüşdübackend

Şahin Mustafayev İranın neft naziri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazirin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüşdə energetika sahəsində mövcud layihələrin davam etdirilməsi və əməkdaşlığın artırılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumunun enerji sahəsi üzrə işlərinin icrası məsələləri müzakirəsi mövzusu olub.

Söhbət zamanı Azərbaycan hökuməti ilə İran hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində həyata keçirilən işlərin gedişi də nəzərdən keçirilib.

Görüşdə həmçinin üçtərəfli əməkdaşlıq layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Bundan əlavə Şahin Mustafayev Tehranda bu ölkənin neft naziri Cavad Oci ilə də görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Şahin Mustafayev bundan öncə ötən ilin noyabr ayında İranın neft naziri Cavad Oci ilə görüşüb müzakirələr aparmışdı.