Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşdibackend

Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi bəlli olub.

NOCOMMENT.az-ın “Report”a istinadən məlumatına görə, Polşa təmsilçisi Yan-Kşiştof Duda finalda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.

İlk görüşdə qrossmeysterlər xalları yarı bölüb – 0,5;0,5. İkinci qarşılaşmada isə Duda qalib gələn tərəf olub.

Üçüncü yer uğrunda dueldə Rusiyanın digər təmsilçisi Vladimir Fedosyev hər iki oyunda norveçli dünya çempionu Maqnus Karlsenə uduzub – 0:1;0:1.