Şakira və Pikenin sərvəti hər kəsi təccübləndirdibackend

Şakira və Pikenin sərvəti hər kəsi təccübləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şakira və Pikenin birgə sərvəti hər kəsi heyrətləndirib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, “Barselona”nın ulduz futbolçusu Gerard Pike və dünya ulduzu Şakira 12 illik münasibətlərinə son qoyub. Bu ayrılıqdan sonra onların ümumi sərvətinin 700 milyon avroya yaxın olduğu öyrənilib.

3 “Qremmi” mükafatının sahibi, kolumbiyalı müğənni Şakira sərvətini təkcə musiqidən qazanmayıb. “Forbes”in məlumatına görə, Şakiranın şəxsi sərvəti investisiyalar və daşınmaz əmlak gəlirləri ilə birlikdə 300 milyon avrodur. Dünyanın mühüm yerlərində mülkləri olan Şakiranın Baham adalarında da adası var.

 

“Barselona”dan illik 4,7 milyon avro məvacib alan Pike futboldan gələn yeganə gəlir deyil. Məşhur futbolçu “Kosmos Holding” şirkətinin qurucusu olmaqla yanaşı, həm də daşınmaz əmlak investisiyaları ilə məşğuldur. Bundan əlavə, o, İspaniyada Fransa Liqasının yayım hüquqlarına sahibdir. 3800 kvadratmetrlik nəhəng malikanə də daxil olmaqla bir çox mülkə sahib olan Şakira və Pikenin ortaq sərvətinin 700 milyon avro olduğu öyrənilib. Ulduz ikili bu sərvəti ortaq şəkildə paylaşacaq.
Hər iki tərəfin vəkilləri bu məsələ ilə bağlı işlərini davam etdirirlər.