Vergidən yayındığı üçün 8 il həbs cəzası istənilən Şakira DANIŞDIbackend

Vergidən yayındığı üçün 8 il həbs cəzası istənilən Şakira DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyalı məşhur pop ulduz Şakira İspaniyada vergidən yayınmaqda ittiham olunduğu işin ona qarşı “böhtan kampaniyası” olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, sentyabr ayında ispan hakimləri Şakiranın 14,5 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə mühakimə olunmasına qərar verib.

İddianamədə Şakiranın 2012-2014-cü illərdə İspaniyada yaşamasına baxmayaraq, yaşadığı yeri başqa yerdə göstərərək vergi ödəməkdən yayındığı iddia edilib. İspaniya qanunları ölkədə ildə 183 gündən çox qalanların vergi ödəməsini tələb edir.

Məhkəmə 2011-ci ildən ispaniyalı futbolçu Jerar Pike ilə birlikdə olan pop ulduzun 2012-ci ildə Barselonada ev aldığını göstərən sənədi üzə çıxarıb.

Onun vəkilləri isə 2014-cü ilə qədər Şakiranın gəlirinin böyük hissəsini beynəlxalq turlardan qazandığını və uzun müddət İspaniyadan kənarda qaldığını iddia edib.

2015-ci ildə rəsmən İspaniyaya köçən pop ulduz indiyə qədər 17,2 milyon avro vergi ödədiyini və heç bir borcunun olmadığını bildirib.

Bu işdə günahsız olduğunu sübut edəcəyinə əmin olduğunu bildirən Şakira məhkəmənin barışıq təklifini rədd edib.

Jalə Bədirova

NOCOMMENT.az